Hərbi xidmətdəki oğlu ilə telefonla danışan keçmiş arvadını 14 dəfə bıçaqladı - TƏFƏRRÜAT

Hərbi xidmətdəki oğlu ilə telefonla danışan keçmiş arvadını 14 dəfə bıçaqladı - TƏFƏRRÜAT


Ötən ilin dekabrın 7-si paytaxtın Xətai rayonunda İlqar Qəribov keçmiş arvadı Ramilə Qurbanovaya bıçaqla 14 dəfə zərbə endirib. Nəticədə Ramilə Qurbanova hadisə yerindəcə həyatını itirib.

Təqsirləndirilən şəxsin cinayət əməli araşdırıldıqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Aparılan məhkəmə prosesindən sonra təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, İlqar Qəribov 16 il azadlıqdan məhrum edilib. O, həmin müddəti ağır tipli cəzaçəkmə müəssisəsində olacaq.

Lent.az cinayətin təfərrüatlarını və məhkəmədə verilən ifadələri əldə edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə bir neçə şahid dindirilib.

Şahid qismində məhkəmədə çıxış edən Samirə Məmmədova Ramilə Qurbanovanın işlədiyi salonun müştərisi olub:

"Ramilə xanımı 5 ildən çoxdur tanıyıram. Ramilə salonda işləyirdi. Mən də oranın müştərisi olmuşam. 5 il eyni salona getdiyim üçün salonun işçiləri ilə mehribanlaşmışdıq, bir-birimizin evinə get-gəlimiz olub. Amma Ramilə heç vaxt bizə qoşulmayıb. Bu kişinin, yəni ərinin qorxusundan bizimlə heç yerə getmirdi".

Top