"Laçınım mənim" mahnısının sözlərini kim yazıb? - FOTO


Azərbaycanda Laçın şəhəri günü keçirildi. Laçın dağlarından bu gözəl diyarın himninə çevrilmiş "Laçınım mənim" mahnısı səsləndi. Laçın həsrəti ilə yanıb-tutuşan, o dağların eşqi ilə yaşayan şəlalə səsli Məhəbbət Kazımov özü gedə bilməsə də, səsi getdi göz açdığı torpaqlara. 30 ilə yaxındır dillərdən düşməyən bu gözəl mahnı necə yaranıb?

Lent.az "Laçınım mənim" mahnısının yaranması haqqında araşdırma aparıb.

Öncə onu qeyd edək ki, mahnı populyarlaşdıqdan sonra onun haqqında "mən yazmışam" deyənlər çox olub. İllərlə mahnının bəstəkarı kimi Məhəbbət Kazımovu bilsək də, onun ölümündən çox sonra həmkarı, keçmiş duet ortağı Könül Kərimova bildirib ki, mahnının musiqisini o bəstələyib, amma vaxtında səsini çıxarmayıb.

Top