
Azərbaycanın məhv edilən tarixi abidələri – UNESCO Ermənistana faktaraşdırıcı missiya göndərəcəkmi?
Azərbaycan xalqına məxsus maddi və qeyri-maddi irs 30 illik işğal nəticəsində talan olunub, dağıdılıb və mənimsənilib. Təəssüflər olsun ki, istər işğal illərində, istərsə də sonrakı illərdə heç bir beynəlxalq təşkilat, dövlət bu məsələyə nəinki toxunub, əksinə, işğalçının hərəkətlərinə dəstək nümayiş etdirib.