Xalq artisti Səyavuş Aslanın doğum günüdür

Xalq artisti Səyavuş Aslanın doğum günüdür


Bu gün Xalq artisti, görkəmli teatr və kino aktyoru Səyavuş Aslanın doğum günüdür.

Empatv.az xatırladır ki, Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan Səyavuş Məmmədağa oğlu Aslanov 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya göz açıb.

1947-53-cü illərdə aktyor Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib.

Yaradıcılığa 1954-cü ildə başlayan sənətkar musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib

Top