R. Təhmasib adına Şərur Rayon Xalq Teatrında yeni tamaşanın premyerası keçiriləcək

R. Təhmasib adına Şərur Rayon Xalq Teatrında yeni tamaşanın premyerası keçiriləcək


21 fevral saat 15:00-da Şərur Rayon Mədəniyyət Sarayında Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrının yeni tamaşasının premyerası baş tutacaq. Tamaşa İbrahim Sadıqovun qələmə aldığı "Molla Nəsrəddin və beş arvadı" əsəri əsasında hazırlanıb.

Tamaşanın rejissoru və musiqi tərtibatçısı Nəsimi Məmmədzadə, quruluşçurəssamı isə İlham İsmayılovdur. Maraqlı və komik süjet xəttinə malik olan səhnəəsərində Azərbaycan teatr sənətinin tanınmış simaları ilə yanaşı, istedadlıaktyorlar da rol alır.

Əsas rolları ifa edirlər:
Molla Nəsrəddin – Neymət Sultanov (Azərbaycan RespublikasınınƏməkdar artisti)
Fatma – Kimya Babayeva (Azərbaycan Respublikasının Əməkdarmədəniyyət işçisi)
Tutu – Mehriban Hüseynova
Qulam – Mirtahir Seyidov
Qədir – Məhəmməd Mustafayev
Cənnət – Vüsalə Abbasova
Təmənna – Məlahət Həsənova
Zibeydə – Mənsumə Abbasova

Bundan əlavə, tamaşada Məhəmməd Əliyev, Sərxan Cəfərov və MəhəmmədMustafayev oğrular obrazında çıxış edəcəklər.

Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrının bu yeni səhnə əsəri yerliteatrsevərlər üçün maraqlı bir tamaşa vəd edir. Premyeraya qatılmaq istəyənlər21 fevralda Şərur Rayon Mədəniyyət Sarayına dəvət olunurlar.


Top