Cinsi Zorakılıq

Cinsi Zorakılıq


 

 

Ötən ilin avqust ayında Bərdə rayonunda 14 yaşlı qıza qarşı, cinsi zorakılıq törətmiş şəxslərin məhkəməsi başa çatıb.Yetkinlik yaşına çatmayan qıza qarşı zorakılıq törətmiş 3 nəfər saxlanılıb.
Cinsi zorakılıq nədir?-Cinsi zorakılıq-cins xarakterli hədə-qorxu,zorakılıq və məcburetmə, prosesidir.Cinsi təcavüz qanunsuz hadisədir.”The New york times”jurnalından əldə etdiyimiz məlumatlara əsasən,2021- ci ildə ABŞ kimi inkişaf etmiş bir ölkədə, 1000-lərlə orta məktəb şagirdi  cinsi zorakılığa məruz qalmış, yeniyetmə qızların  intihar haqqında düşündüyü ortaya çıxmışdır.Bundan başqa amerikanın bir çox nüfuzlu psixoloqları,cinsi zorakılıq hallarının artmasını pandemiya prosesindən  sonra insanlarda yaranan psixoloji problemlərlə,xarici risk faktorları ilə əlaqələndirmişdir.

 Cinsi təhsilCinsi zorakılıq hallarının aradan qaldırılmasında ən başlıca rol cinsi təhsilə məxsusdur.Cinsi təhsil hal -hazırda bir çox inkişaf etmiş ölkələrdə tədris edilir.Ölkəmizdə isə cinsi təhsilə rast gəlinmir.Cinsi təhsilin üstün cəhətləri nələrdir?Cinsi təhsil zamanı uşaqlar öz bədənlərini tanıyır,öz bədənlərinin toxunulmaz olduğunu öyrənir,pedofillərdən qorunma yolları onlara izah edilir.Cinsi təhsil uşaqlara yaş dövrlərinə uyğun olaraq tədris edilir.Cinsi təhsilin yoxluğunda uşaqlar və gənclər həmyaşıdlarından,mediadan və digər mənbələrdən təhlükəli mesajlar əldə edə bilərlər.Cinsi təhsil Birləşmiş millətlər təşkilatı,Qadınlara qarşı cinsi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitə,Əlillərin hüquqları haqqında konvensiya, tərəfindən qəbul edilib.2011-ci ildə Avropa insan hüquqları məhkəməsi məktəblərdə cinsi təhsilə ehtiyac olduğunu qeyd edib.

Sosioloq Çinarə Hüseynova

Azərbaycan Dövlət Mədəniyyət Və İncəsənət Universteti-nin 4cü kurs tələbəsi


Top