ANALAR KLUBU

ANALAR KLUBU


Səs Psixoloji Nitq Inkişaf  mərkəzinin icraçı direktoru , uşaq psixoloqu Aysel Quliyevanın Empatv.az saytına verdiyi müsahibəni sizə təqdim edirik.
-Analar klubu  adı altında görüşlər keçirirsiniz,bu klubun fəaliyyəti nədən ibarətdir? 
-Analar klubu adlı layihəyə start vermişik. İlk görüş iyunun 22-si baş tutdu.Klubun fəaliyyəti anaların bir-biri ilə ünsiyyət qurması,qrup şəklində müzakirələr aparmaları,diskusiya etmələri,bununla yanaşı , analar maarifləndirilir. 
-Bu klubu yaratmaqda məqsədiniz nədir?
-Məqsədimiz mənəvi rahatlıq tapmaq istəyən bütün anaları ətrafımıza toplamaq, onlara həyatın bütün sahələrində kömək etmək, daxili potensiallarını kəşf edib, özlərini tanımaqda və həyat qayğılarından azda olsa uzaqlaşmalarına dəstək olmaqdır.
-Analar klubundan gözləntiləriniz nələrdir?
-Klubun gələcəyi haqqında gözləntilərim , daha geniş sferalarda, daha çox anayla görüşüb, daha çox maarifləndirməkdir.
Niyyətimiz , ayda bir dəfə baş tutacaq görüş zamanı , maarifləndirici və xanımlarımızın diqqətini çəkəcək texnikalarla yadda qalmaqdır.  Hər aya özəl qonaqlarımızla, seçkilmiş mövzu haqqında öyrədici məlumatlarla anaları bilgiləndirmək əsas amalımızdır. 

-Hər bir Ana bu kluba qoşula bilər mi?
-Əlbəttə,qoşula bilər. Gənc, dünyaya yeni övlad gətirəcək olan, hamilə, xüsusi qayğıya ehtiyacı olan uşaqlı və ümumiyyətlə bütün analar inanıram ki, bizim bu layihədən çox şey əldə edəcək.
-Analar klubuna qoşulmaq istəyənləri nələr gözləyir və görüşlər zamanı hansı texnikalardan istifadə edirsiniz?
-Meditasiya üsulları ,psixoloji test və texnikalarla qrup terapiyası şəklində olan görüşlərimiz zamanı, analar bir günlük də olsa stres və təşvişdən uzaqlaşıb, özlərini kəşf etmək üçün imkan əldə edəcəklər.
-Gələcəkdə bununla bağlı təlimlər və seminarlar keçirməyi düşünürsünüz mü?
Qeyd edim ki, görüşlərimiz zamanı, maarifləndirici təlim və seminarlar vermək kimi niyyətimiz var. Bu təlimlərdə, ana-övlad münasibətləri, uşaq psixologiyası, özünü tanı, özünü kəşf et, insanın cəmiyyətdəki yeri və bu kimi bir çox məlumatlandırıcı mövzulardan ibarət olacaq.
Ümidvaram ki, Analar Klubu tezliklə daha çox ün salıb, daha çox anaya qol-qanad olacaq.


                                                                                        Səbinə Məmmədova
                                                                                         Empa tv
Top