Övladım dünyaya gələndən, təkcə övladım üçün deyil , bütün daun sindromlu uşaqlar üçün əlimdən gələni edirəm

Övladım dünyaya gələndən, təkcə övladım üçün deyil , bütün daun sindromlu uşaqlar üçün əlimdən gələni edirəm


“Övladım dünyaya gələndən, təkcə övladım üçün deyil , bütün daun sindromlu uşaqlar üçün əlimdən gələni edirəm.”- Səbinə Həsənova tədbirin açılışında bu cümlələrlə çıxış etdi.
-Bu neçə ildə bir neçə tədbir , təlim , valideyn görüşləri , xeyriyyə məqsədli görüşlər keçirmişik.
28 iyul tarixində Brain Academy Mərkəzində mütəxəssis və tələbələr , dəyərli valideynlər  üçün məhz daun sindromlu uşaqlarda mütəxəssis yanaşması zamanı , logopedik dəstək zamanı doğru bildiyimiz yanlışlar haqqında öyrədici təlim keçirildi.

Təlimçi  Logoped-defektoloq Röyalə xanım  
✅️DS uşaqların Nitq problemlərində artikulyasiya gimnasitikasının təşkili
✅️Daun sindromlu uşaqların inkişafında vacib amillərlə bağlı hər tərəfli,slaydla və əyani göstərişlərlə məlumatlandırıldı
Ümumi olaraq,
DS uşaqlarda masaj , artikulyasiya problemləri, üz çənə vəziyyətinin problemləri haqqında olmaqla
Nitq qüsurları zamanı doğru yanaşma və s. kimi məsələlərə aydınlıq gətirildi.
Həmçinin, region və Bakı şəhərindən təlim üçün gələn valideynlərin sualları cavablandırıldı , həqiqətə dayanan motivasiya yönümlü müzakirələr oldu.
Sonda ənənəvi  püşkatma təşkil edildi. Mərkəzin rəhbəri Humay Mehdiyeva  bütün iştirak edən valideynlər üçün konsultasiya və ödənişsiz seanslar hədiyyə etdi.
Təbii ki bu son deyil , daha çox analara , atalara , ailələrə səsimizi çatdırmaq , kömək etmək üçün belə tədbirlər keçirməyi düşünürük.



Səbinə Məmmədova
Empa Tv
Top