BOŞANMA SƏBƏBLƏRİ - GÜZGÜ
Artıq 1 aydır ki, yayımlanan "Güzgü" proqramının bu gün növbəti bir çəkilişi oldu. Bu proqram EmpaTv youtube kanalında yayımlanır. Proqramın aparıcısı, cəmiyyətin səsi Həsrət Bəhramoğlu, onun suallarını cavablayan isə Psixoloq Dilbər Bəhmanlıdır. Onların bugünkü mövzuları "Boşanma səbəbləri" idi. Mövzu ətrafında geniş danışıldı.
Mövzuya boşanmanın səbəbləri araşdırılaraq başlandı. Həsrət bəyin ilk toxunduğu məqam "münasibətlərdə eqo savaşları" oldu. Dilbər xanımın dediyinə görə, insanların münasibət zamanı düşündükləri, ön plana çıxardıqları tək şey haqlı olmağa çalışmaqdır. Bu isə onların uşaqlıq travmaları ilə bağlıdır. Əgər fərd uşaqlığında daim özünü valideynlərinə sübut etməyə çalışan biri olubsa yetkinlik zamanı münasibətlərində də eyni hallar yaşanacaq.
Daha bir diqqət çəkən məsələ "İnsanların niyə bu qədər sədaqətsiz olması"-dır. Dilbər xanım isə ifadə edir ki, insanlarda sədaqət anlayışı bir qədər fərqlidir. Xüsusən də, bu fərqlilik özünü kişilərdə göstərir. Ani qərarlar dopamin ifrazına səbəb olur, yəni edilən səhvlər insana həzz verir. Bu isə sədaqətsizliklə nəticələnir.
Bir digər məsələ isə insanların bir-birindən gözləntiləridir və bunu da qeyd edək ki, münasibətdə hərkəsin gözləntiləri fərqli ola bilər. Dilbər xanım bunu belə izah edir ki, məsələn, bəzi insanlar sözlərə daha çox diqqət yetirərkən, bəzi insanlar üçün də əsas davranış əhəmmiyyət daşıyır. Daha da dərinə ensək görərik ki, "Səni sevirəm." kimi cümlələr hərkəs üçün yetərli olmur. Psixoloq onu da məsləhət görür ki, fərdlər bir-biri ilə sağlam şəkildə ünsiyyətə keçərək qarşısındakının münasibətdən nələr gözlədiyinə bələd olsa daha yaxşı nəticə alarlar, necə rəftar edəcəklərini bilərlər.
Son olaraq "evlilik öncəsi cinsəl həyat" mövzusunda müzakirələr aparılır. Dilbər xanımın fikrinə görə, "Əsasən, qadınlarda görülən Bipolyar pozuntu və ya Borderline şəxsiyyət pozuntusu bu cür hallara səbəb ola bilər. Bəhs etdiyimiz qadın tipi hər şeyi zirvələrdə yaşayır, nəticəsini fikirləşmir, daim bir diqqət axtarışında olur. Bu halları qınamaq, tənqid etmək düzgün deyil. Bizi izləyənlər isə bundan yaxşı cəhətdən bəhrələnsə, heçkəsə pis nümunə olmaz."
Proqram hər həftə çərşənbə axşamı EmpaTv Youtube kanalında saat 22:00'da yayımlanır. Proqramın növbəti buraxılışını həftənin 2-ci günü izləyə bilərsiniz.
Hazırladı: