
Uşağ qətli
Bakıda 2002-ci il təvəllüdlü qadın 1 yaşlı körpəsini qətlə yetirib.Qadın uşağı əvvəlcə zəhərləyib,daha sonra boğaraq öldürüb.Qeyd etmək lazımdır ki,uşağı qətlə yetirən qadın analıq qayğısından məhrum olaraq uşaq evində böyüyüb.
Ailə həyatı uşağın sosiallaşdığı ilk yerdir.Ailə həyatında ananın rolu ,uşağa olan qayğısı danılmaz faktordur.Psixoloqlar uşağın emosiyalarının,hisslərinin inkişafında ananın roluna xüsusi diqqət yetirir.
Demoqrafik proseslər həmişə uşaq və yeniyetmələrin həyatına təsirsiz ötüşməyib.Məsələn:müharibələr,dəhşətli təbiət hadisələri,zəlzələr,xəstəliklər,qəzalar,bütün bu proseslər uşaqların valideyn himayəsindən məhrum olmasına gətirib çıxarır.
Sosial yetimlik nədir?
Sosial yetimlik - Belə uşaqların valideynlərinin analıq hüquqları əlindən alınmasa da ,onlar övladlarının qayğısına qalmır.Valideynlər uşaqları erkən yaşda ailə qurmağa sövq edir,uşağı məktəbə göndərmir,uşaqlar azyaşlı olmaqlarına baxmayaraq ,təhsildən yayınaraq müəyyən işlərdə çalışmağa başlayırlar.Bəzi hallarda isə uşaqlar valideynləri tərəfindən diləndirilir.
Uşaq evlərində böyüyən uşaqların xüsusiyyətlərinə nələr daxildir?
1760-cı ildə İtalyan yepiskop öz gündəliyində yazmışdır:Uşaq evində böyüyən uşaqlar həmişə kədərli olur,və onların bir çoxu kədər çəkdiyi üçün həyatını itirir.Sağ qalan uşaqlar isə nəzarətçilərin sözünə baxmır,özlərini passiv ,aqressiv aparır,3 yaşlarına qədər danışmaqda çətinlik çəkir,bu cür uşaqlar böyüdükləri zaman çox vaxt alkoqolizm və narkotizmə yönəlirlər.
Hər bir valideyn övladını nəyin bahasına olursa olsun,atmamalı övladlarını sevgi ilə böyütməlidir.Çünki sevgiylə böyüməyən heç bir insan öz övladına sevgi göstərə bilməz onu qorumaz,bu məsuliyyət hissin dərk edə bilməz.
Sosioloq Çinarə Hüseynova