Narkotik maddənin psixoloji təsiri

Narkotik maddənin psixoloji təsiri


Bakıda üzərində narkotik vasitə gəzdirən şəxs saxlanılıb.Onun üzərindən 3.377qram heroin aşkarlanıb.
    Narkotik maddələr ilk öncə tibbdə istifadə olunmağa başlamışdır. Bu elə bir maddədir ki, insanın düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki defektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotik maddələr hisləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdir.
Aparilan arasdirmalar nəticəsində məlum olmuşdur ki, dünyada narkotik vasitələrdən istifadə edən insanların sayı 2 milyona yaxındır.Gənclərin narkotik vasitələrdən istifadə etməsi yeniyetməlik dövründə başlayır.Yeniyetməlik dövrü uşağın ən çətin dövrüdür.Bu dövrdə onların nəyin yaxşı,nəyin pis olduğunu ayırd edə bilmir,mən şüuru dəyişilərək mən konsepsiyası ilə əvəz olunur.
Narkotik vasitələrin zərərləri nədir?
Narkotik vasitə insanı normal həyat tərzindən uzaqlaşdırır.İnsan psixi və fiziki cəhətdən məhv olur.Təfəkkür pozulur,narkotik qəbulu zamanı insanın əhvalı yuxarı qalxır,əks halda isə aqressiya,narazıçılıq hissi yaranmağa başlayır.
Narkotik vasitələrdən istifadənin qarşısı necə alına bilər?
Məktəblərdə tez-tez profilaktika işləri aparılmalı ,xüsusilə yeniyetməlik dövrünə qədəm qoymuş şəxslər tez-tez bu barədə təlimlərə cəlb edilməli ,təbliğat işləri aparılmalıdır.Valideynlər tez-tez uşaqlarla maraqlanmalı,onların kimlərlə asudə vaxtlarını keçirdiklərini  öyrənməlidir.
Narkotik vasitə hansı psixoloji xəstəliklərə gətirib çıxarır?
Narkotik vasitələrdən istifadə edən insanlarda şizofreniya, halülasyon  sayıqlama kimi psixoloji  pozuntular yarada bilir.


Sosioloq Çinarə Hüseynova



Top