Yeniyetmə münaqişəsi

Yeniyetmə münaqişəsi


Bakıda şagirdlər arasında kütləvi dava düşüb. Hadisə nərimanov rayonunda yerləşən stadionların birində baş verib.
Yeniyetməlik dövrü 12-yaşdan başlayıb 17 yaşa qədər davam edir. Yeniyetmələr bu dövrdə valideynlərindən uzaqlaşaraq, dostlarla daha çox vaxt keçirməyə başlayır. Erkən yeniyetməlik dövründə həmyaşıdlar qrupu, kliklər, klublar və ya dəstədən ibarət olur. Həmin dəstələr eyni tərzdə geyinməyə, davranmağa başlayırlar. 14-16 yaşdan sonra həmyaşıdlar qrupu genişlənir.Hər bir yeniyetmənin sosial və emosional inkişafı fərqlidir. Uşağın inkişafı cəmiyyət, ailə və mədəniyyətin birləşməsi ilə formalaşır. Yeniyetmələrin münaqişəli vəziyyətlərinə dair Mayami bölgəsində emprik tədqiqatlar aparılmışdır. 2360 yeniyetmənin iştirak etdiyi tədqiqatda məlum olmuşdur ki, immiqrant və qeyri immiqrant yeniyetmələr məktəb mühitində daha çox münaqişə vəziyyəti ilə qarşılaşıblar. 10%  yeniyetmə  qohumları ilə aralarında münaqişənin olduğunu, digər 10% isə küçə zorakılığına məruz qaldığını  qeyd edib. Münaqişənin həllində alimlər Ury, Bett, Goldenberg vasitəçiliyin aparıcı rol oynadığını qeyd edib. 

Sosioloq Çinarə Hüseynova
Top