Məktəb münaqişəsi

Məktəb münaqişəsi


Bakı şəhərində tələbələr arasında dava düşüb.Hadisə zamanı tələbələrdən biri digərinə bıçaqla xəsarət yetirib. Yaralanan tələbənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Son dövrlərdə gənclər arasında münaqişə vəziyyəti artmağa davam edir. Baş verən münaqişə sadəcə sözlə başa çatmır,tərəflərdən biri digərinin həyatına son qoyur. Bəs münaqişə prosesinin baş verməsinə səbəb nədir?
Ailədaxili münaqişələr, şiddətin yaratdığı çətinlik, aqressiya, münaqişələrə səbəb olur. Çünki ailədə münaqişə prosesi ilə qarşılaşan şəxslər mütləq ətrafda da bu cür hərəkət nümayiş etdirirlər. Kütləvi informasiya vasitələrində qeyri-etik kriminal materialların yayılmasıda  gənclərdə münaqişə vəziyyətini yaradan əsas faktordur. Tez-tez münaqişə vəziyyəti ilə qarşılaşan şəxslər mütləq psixoloji dəstək almalıdır.
Sosioloq Çinarə Hüseynova
Top