
Məktəblilər arasında zorakılıq halları
Bakı şəhərində, məktəblərin birində şagirdə qarşı bullinq hadisəsi baş verib. Şagird gender kimliyini heç kimə bəyan etməsədə, qızlarla dostluq etməsi, saçını ortadan ayırması məktəblilərdə ona qarşı ayrı seçkilik göstərməsinə səbəb olub.
Zorakılıq daha güclü bir şəxs tərəfindən, daha zəif şəxsə yürüdülən fiziki və psixi təzyiqdir. Məktəblilər tərəfindən zorakılığın yayılması daha yüksəkdir. Tədqiqatlara əsasən uşaqların yarısı zorakılıq edib, yarısı isə bunun qurbanı olmuşdur. Qurbanlar əsasən depressiyaya düşmüş, sevilməyən, tərk edilmiş şəxslər olur. Oğlanlar birbaşa zorakılığa əl atsalarda, qızlar şayə yayır və sosial izolyasiyanı həyata keçirirlər.
Böyük Britaniya, Skandinaviya və Yaponiyada zorakılığa dair bir çox formal tədqiqatlar aparılmışdır. ABŞ-da 463 tələbə arasında tədqiqat aparılmışdır. Sorğuda iştirak edənlərin 37%-i üz-üzə, 31%-i onlayn zorakılığa məruz qaldığı barədə məlumat verib.
Sosioloq Çinarə Hüseynova