Qadın qətli

Qadın qətli


Tərtərdə 20 yaşlı qadın həyat yoldaşı tərəfindən qətlə yetirilib. Yaxınlarının verdiyi məlumata görə, qadın əri tərəfindən dəfələrlə şiddətə məruz qalıb. Qətlə yetirilən qadının 1 övladı var imiş.
Ölkəmizdə femisid daha doğrusu ”Qadın Qətlləri” gündən günə artır. Hələdə femisid hadisəsi ölkəmizdə adi hal kimi qarşılanır.
Bu hadisələrinin artan statiska ilə davam etməsinə bir neçə misal gətirək.
Femisid hadisəsi vətəndaş cəmiyyəti tərəfindən daha qabarıq şəkildə göstərilmir, insanlar isə elə düşünürlər ki, femisid hadisəsi tendensiya hesab ediləcək qədər çox deyil.
Femisidin baş vermə səbəbləri kimi qarşı tərəfdə yaranan psixoloji gərginlik, qısqanclıq, narsistlik pozğunluğu aid edilə bilər. Femisid hallarının aradan qaldırılması üçün tədqiqatlar genişləndirilməlidir. Qanunvericilik femisidi nifrət cinayəti olaraq tanımalıdır..
Ölkəmizdə qadın qətllərinə dair tədqiqatlar az sayda aparılır.

Sosioloq Çinarə Hüseynova
Top