
Azərbaycanda qızılın qiyməti bu qədər BAHALAŞACAQ - AÇIQLAMA
Dünya bazarlarında qızılın qiyməti qalxmaqda davam edir. Bu da təsadüfi deyil. Ötən dövr ərzində nə vaxt geosiyasi vəziyyət pisləşibsə, həmişə eyni hal müşahidə edilib. Ümumiyyətlə, qızıl bir qiymətli metal olaraq qlobal iqtisadiyyatda daim real vəziyyət göstəricisi sayılıb və sayılır. Qızılın qiymətinin günbəgün bahalaşması toy etmək istəyənləri də çətin vəziyyətə salıb. Toy mövsümünün başlamasına görə qızılın qiymətində yenidən artımın olacağı ilə bağlı fikirlər səsləndirənlər də var. Yaxın günlərdə qızılın qiymətində yenidən artım olacaqmı?