
Qızıl fyuçersinin qiyməti tarixi maksimumu yeniləyib
Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçers qiyməti tarixi maksimumu yeniləyərək 3 400 ABŞ dollarını ötüb.
Empatv.az xəbər verir ki, bu barədə Comex birjasının məlumatında deyilir.
Bu gün səhər saatlarında Comex birjasında (Nyu-York) qızılın bir troya unsiyası üzrə iyun fyuçersinin qiyməti 72,04 ABŞ dolları (2,16 %) artaraq 3 400,44 ABŞ dollarına bərabər olub.
Gümüşün bir unsiyasının may fyuçersinin qiyməti 1,22 % artaraq 32,868 təşkil edib.