2020-ci ildə Gəncənin vurulma əmrini verən,DTX-nın həbs etdiyi Araik Arutyunyan kimdir?

2020-ci ildə Gəncənin vurulma əmrini verən,DTX-nın həbs etdiyi Araik Arutyunyan kimdir?


Dünən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş "prezidenti" Araik Arutyunyanı saxlayıblar.

BiG.AZ Arayik Arutyunyanın dosyesini təqdim edir.

A.Arutyunyan 14 dekabr 1973-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. 1990 Xankəndi şəhərində fizika-riyaziyyat təmayüllü məktəbi bitirib . Bundan sonra Ermənistan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunub. 1994–1995 Xankəndi Pedaqoji İnstitutunun iqtisadiyyat fakültəsində oxuyub.
2013-cü ildə texniki elmlər namizədi adını alıb. A.Arutyunyan 1992 qondarma "Dağlıq Qarabağ respublikası"nın qanunsuz silahlı dəstələrinə qoşulub, Qarabağ döyüşlərində iştirak edib. O, 1995–1997 Qondarma "respublikanın iqtisadiyyat və maliyyə nazirinin köməkçisi" kimi fəaliyyət göstərib. 1999–2004 "Armaqrobank"ın Xankəndi filialının rəhbəri olub.

2005–2007 və 2009 –cu illərdə qondarma "respublikanın deputatı", "Azad Vətən" partiyasının sədri seçilib. 14 sentyabr 2007 qondarma "respublika"nın başçısı "baş nazir" seçilib. 2010-cu ildə parlamentdə keçirilən "seçkilər"də qalib gəlib. 2012-ci ilin sentyabrında qondarma "respublikanın başçısı" və "baş nazir"i seçilib. 25 sentyabr 2017 – 6 iyun 2018-ci illərdə qondarma "respublika"nın "dövlət naziri "olub. 31 mart 2020-ci ildə qondarma" respublika"nın başçısı "seçkilər"ində birinci turda 1-ci yeri tutub. 2020-ci sentyabrın 1-də separatçıların başçısı postundan istefa verib.

Ailəlidir, üç övladı var.

Qeyd edək ki, A.Arutyunyan 2020- ci ilin oktyabrın 4-də sosial şəbəkə hesablarında Gəncənin ağır artilleriyadan atəşə tutulması barədə göstəriş verdiyini etiraf etmişdi.

Top