"Biz Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi qəbul edirik" - Aydın Mirzəzadə -VİDEOMÜSAHİBƏ


Milli Məclisin İsraillə dostluq qrupu bəyanat verdi ki, biz dinc əhaliyə qarşı terror hücumunu pisləyirik. İsrail qəzetləri yazır ki, müsəlman dövlətlərindən İsraili dəstəkləyən Azərbaycan oldu. Düzdür, biz Fələstinin müstəqil dövlət qurmaq hüququnu tanıyırıq. Biz Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi qəbul edirik. Ancaq İsrail ərazisinə terrorçular daxil olub, insanlar öldürülüb. Burada İsrail öz ərazi bütövlüyünü müdafiə edir".

Bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə Sonxeber.az-a müsahibəsində deyib.

Deputat bildirib ki, vahid Fələstin yoxdur. Bu gün İsraillə döyüş aparan Qəzza zolağındakı Həmasdır. 

O, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı sualları da cavablandırıb. 

Şəbnəm Lətifi

Top