Putin və İlham Əliyevin də iştirak edəcəyi iclasa Paşinyan niyə gəlmir?

Putin və İlham Əliyevin də iştirak edəcəyi iclasa Paşinyan niyə gəlmir? "Biz bilirik, amma, bunu özü izah edəcək"- Yuri Uşakov


"Ermənistanın baş naziri Paşinyan müəyyən şərtlərə görə iştirak etməyəcək. Biz bilirik Paşinyan sammitə niyə gəlməyib, amma yəqin ki, bunu özü izah edəcək"

BiG.AZ xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Qeyd edək ki, Oktyabrın 13-də Qırğızıstanda MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək. Burada Rusiya Federasiyası, Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri iştirak edəcəklər. Amma Ermənistan bu iclasda içtirak etməyəcək.

Top