"Ermənilər nə uğrunda döyüşüb ki, bizdən şəhidlik tələb edirlər" - EKSPERT


Vaxtilə 44 günlük müharibədən sonra Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlığını qəbul etmək üçün bir sıra şərtlər irəli sürdü. Azərbaycan Respublikası vətəndaşlarının suveren hüquqlarının özlərinə aid edilməsi ilə yanaşı, övladlarına şəhid statusunun baxılmasını tələb ediblər. Antiterror əməliyyatlarından sonra Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən erməni sakinləri yenidən belə bir iddia irəli sürərsə, Bakının cavabı necə olacaq?

Mövzu ilə bağlı BiG.AZ-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, ermənilərin bu tələbi əsassız olaraq qalacaq: "Şəhidliyin verilməsi Azərbaycan qanunvericiliyində göstərilib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidliyi olanlara şamil olunur. Ermənilər nə uğrunda döyüşmüşdülər ki bizdən şəhidlik tələb etsinlər. Bir çox məsələlərdə əlbəttə ki, cığallıq edəcəklər. Xüsusən əmlaklarının, təzminatın, reperasiyanın, şəhidliyin, ağlımıza gələn və gəlməyən hər bir şeyin bizimlə manipulyasiya edəcəklər".

Ekspertin sözlərinə görə, dəyişən məsələ bu ola bilər ki, onların üzərindən ermənilər kim istəyirsə yenidən qayıdıb Azərbaycanın vətəndaşlığını qəbul etdəndən sonrakı mərhələdə Azərbaycan vətəndaşlarının hüquqları və təminatları ermənilərə aid oluna bilər:

"Bu zaman ola bilər ki, sonrakı mərhələdə onlar vətəndaşlığı qəbul edib qayıtmaq istəyirlər. İndi seçim özlərinindir. Digər məsələlər onların düşündüyü kimi deyil. Kimsə erməniləri məcburi olaraq qovmayıb ki, onlar Azərbaycandan nə isə tələb etsinlər. Əgər onlar həqiqətən istədikləri kimi Azərbaycan tərəfindəb maliyyə baxımından faydalanmaq istəyirlərsə, Azərbaycan antiterror tədbirlərindən öncə bu təklifləri irəli sürüb".

Elxan Şıxəliyev vurğulayıb, Qarabağın erməni sakinlərinə təklif olundu ki, gəlin və keçin. Azərbaycanın vətəndaşlığını və yurisdikasını qəbul edin: "Əmlaklarınızı qeydiyyatdan keçirin və ya yaşamaq istəmirsizsə əmlaklarınızı satın gedin. Yəni sivil dünyada insan yer dəyişəndə necə edirlərsə Azərbaycan onlara təklif etdi. O zaman məsələdən istifadə edə bilərdilər, amma etmədilər. Bu mövzular onlara dəmir yumruqdan sonra ağılları başlarına gəldi? Nə edirlər və nə istəyirlər məsələsi deyil. Azərbaycan nə istəyir əsas önəmli məsələ ondan ibarət olacaq".

Top