
"Qubadlı şəhərinin azad edilməsi böyük qələbəni yaxınlaşdırdı"-Ceyhun Məmmədov
"Artıq qalib Azərbaycan öz əzəli Qarabağ torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş günlərini deyil, işğalından azad edilməsi günlərini qeyd edir. 2020-ci il oktyabrın 25-i Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb. Qubadlı şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən üç il ötür. Bu günü nəinki qubadlılılar, bütün Azərbaycan xalqı otuz ilə yaxın müddətdə gözlədi".