
"Qubadlını işğaldan azad etmək uğrunda Azərbaycan Ordusu xüsusi qəhrəmanlıq göstərdi"-Kamilə Əliyeva
"Qubadlı ərazisində Ermənistan ordusu güclü istehkamlar qurmuşdur. Rayonu işğaldan azad etmək uğrunda Azərbaycan Ordusu xüsusi qəhrəmanlıq göstərmişdir. Düşmən yüksəkliklərdə istehkam qurmuşdur və Azərbaycan hərbiçilərini atəş altında saxlayırdı. Azərbaycan Ordusu ilk olaraq yüksəklikdə yerləşən erməni ordusunun hərbi texnikalarını və canlı qüvvələrini məhv edərək hakim yüksəklikləri ələ keçirdi. Azərbaycan Ordusunun zabit və əsgərlərinin peşəkarlığı, fədakarlığı və qəhrəmanlığı nəticəsində oktyabrın 25-də Qubadlı şəhəri düşməndən təmizləndi və şəhər tamamilə Azərbaycan Ordusunun nəzarətinə keçdi".