
"İnsan, özü də hərbçi, qazi intihar etmək əvəzinə mübarizə aparmalı, öz haqqını tələb etməlidir..."-General-mayor
"Əgər hər hansı qazi hansısa məmura, icra başçısına-filana dəfələrlə ona kömək edilməsi, iş verilməsi üçün müraciət edibsə və onlar Vətən uğrunda qan tökmüş, əzasını itirmiş döyüşçünün xahiş və tələblərini qulaq ardına vurublarsa, həmin qazinin özünü yandırması da, o məmurların, üzr istəyirəm, vecinə olmayacaq. Odur ki, intihar heç cür çıxış yolu deyil..."