
Azərbaycan XİN Fransanın Qarabağla bağlı mövqeyinə reaksiya verib
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Azərbaycanın Qarabağ siyasətinin "qanunsuz" və "əxlaqsız" olduğunu iddia edən Fransanın xarici işlər naziri Ketrin Kolonnaya münasibət bildirib.
Empa.tv xəbər verir ki, Ayxan Hacızadə Kolonnanın Səfirlər Konfransında səsləndirdiyi Azərbaycan əleyhinə fikirlərlə bağlı yazılı açıqlama verib.