Prezident İlham Əliyev

Prezident İlham Əliyev "Total Energies" şirkətinin baş icraçı direktorunu qəbul edib - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də "Total Energies" şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə "Abşeron" yatağında hasilatın başlanılması vurğulanıb və layihənin parametrləri barədə dövlətimizin başçısına ətraflı məlumat verilib. Qeyd edilib ki, hasilat quyusu ən məhsuldar və ən aşağı karbon tullantılarına malik quyudur. Bu da yatağın potensialının zənginliyinin və perspektivinin aydın göstəricisidir.

Top