
Baş nazir: "Xəzərin ətraf mühitinin vəziyyəti ciddi narahatlıq doğurur"
Empatv.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov bu gün İranın paytaxtı Tehranda keçirilmiş Üçüncü Xəzər İqtisadi Forumunda bildirib.
O, qeyd edib: “Xəzər dənizinin dayazlaşması məsələləri dövlətlərimizin başçılarının VI Xəzər Zirvə toplantısında hərtərəfli müzakirə mövzusuna çevrildi. Səbəblərin müəyyən edilməsi və dayazlaşmanın qarşısının alınması üzrə tədbirlərin müəyyən edilməsi üçün Prezident İlham Əliyev ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib”.
İşçi qrupun ilk iclasını Bakıda təşkil etməyə imkan verəcək bütün zəruri razılaşmaların tezliklə başa çatacağına ümid ifadə olunub.