Naxçıvanda Dövlət Vergi Xidmətinə qəbul olmaq üçün test imtahanı keçirilib

Naxçıvanda Dövlət Vergi Xidmətinə qəbul olmaq üçün test imtahanı keçirilib


Dövlət İmtahan Mərkəzi 2023-cü il sentyabrın 9-da Dövlət Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən APA-ya bildirilib ki, imtahan saat 10:00-da başlanıb və 3 saat davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.
Top