
Bakıda gənc oğlan sevdiyi qıza görə bıçaqlanıb
Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Empatv.az APA-ya istinadən xəbər verir ki, olay Hövsan qəsəbəsində yaşanıb.
Belə ki, 2002-ci il təvəllüdlü Əliyev Mirzə Çingiz oğlu sevdiyi qıza görə tanımadığı şəxslə mübahisə edib.
Mübahisə zamanı o bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları araşdırır.