
Qarabağ bölgəsində döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir - VİDEO
Lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən tərk edilmiş döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir, ərazidə kommunikasiya xətləri bərpa olunur.
Bu barədə Sonxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Sentyabrın 29-da Tərtər və Ağdərə yaşayış məntəqələrini birləşdirən yol üzərindəki döyüş mövqeyi ləğv edilərək nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.
VİDEO: https://youtu.be/I5tYd9Y9F6g?si=9ksgD0k-LdUol0I_