
"Həyat bumeranqdır və hər kəs törətdiyi cinayətlərin cəzasını almalıdır"- DEPUTAT
"Erməni terrorçuların həbs edilərək Bakıya gətirilməsi, ilahi ədalətin bərpası kimi qəbul edilməlidir. Həyat bumeranqdır və hər kəs törətdiyi cinayətlərin cəzasını almalıdır"
Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, həbs edilənlər isə, 90-cı illərin əvvəllərində soydaşlarımıza qarşı xüsusilə ağır cinayətlər törətmiş, qeyri-adi metodlarla, amansızlıqları ilə seçilən canilərdir:
"Uzun müddət keçməsinə baxmayaraq, onların müəyyənləşdirilməsi, hər birisinin cinayət əməllərinin sübuta yetirilməsi, hüquq-mühafizə orqanlarımızın yüksək peşəkarlığının göstəricisidir.
Xalqımız, bu istiqamətdə aparılan işləri yüksək qiymətləndirir və əmindir ki, digər cinayətkarlar da, tutularaq qanun qarşısında cavab verəcəklər. Onlar həbs olunduqca, şəhidlərin ruhu şad olur".