"Təklif edirəm ki, Araik Arutyunyanın və digər separatçıların liderlərinin məhkəməsi açıq şəkildə Xocalıda keçirilsin" - DEPUTAT



"Araik Arutyunyanın və digər separatçıların liderlərinin həbs olunaraq, Bakıya gətirilməsi, hər şeydən əvvəl ilahi ədalətin təntənəsi, xüsusi xidmət, hüquq-mühafizə orqanlarımızın yüksək peşəkarlıqlarının göstəricisidir"

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, Araik Arutyunyanın və digər separatçıların liderlərinin hər biri Azərbaycan xalqına, ələlxüsus dinc insanlara, uşaqlara, qadınlara qarşı çoxsaylı cinayətlər törədiblər və qanun qarşısında cavab verməlidirlər:

"Konkret cinayət törətməkdə ittiham olunanların hər birisi haqqında, hüquq-mühafizə orqanlarımızın əlində kifayət qədər maddi sübutlar toplanıb. İstintaq hərəkətləri bitdikdən sonra, iş materialları məhkəmə baxışına veriləcək və cinayətkarlar layiqli cəzalarını alacaqlar". 

Deputat vurğulayıb ki, yaxşı olardı ki, məhkəmə açıq şəkildə, beynəlxalq ictimaiyyətin qarşısında Xocalıda keçirilsin:

"Cinayətkarlar tutulub Bakıya gətirildikcə, şəhidlərin ruhu şad olur".

Top