
"Araik Arutyunyan və digər separatçıların liderləri törətdikləri cinayətə görə qanunla layiq olduqları cəzanı alacaqlar" - DEPUTAT
Araik Arutyunyanın və digər separatçıların liderlərinin həbs olunaraq, Bakıya gətirilməsi Azərbaycan dövlətinin növbəti möhtəşəm qələbəsidir".
Empati.az xəbər verir ki, Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat vurğulayıb ki, həbs olunan Araik Arutyunyanın və digərləri əli soydaşlarımızın qanına bulaşmış qatillər, cəlladlardır:
"Onları əsla bağışlamaq olmaz. Azərbaycan xalqı 30 ildir ki, bu qatillərin layiq olduqları cəzanı alacaqları günü gözləyib. Bu gün Azərbaycan hüquq-mühafizə orqanların əlində bu qatillərin cinayət əməllərini təsdiqləyən kifayət qədər maddi sübutlar mövcuddur. İstintaq bitdikdən sonra, iş materialları məhkəməyə baxışına göndəriləcək və cinayətkarlar layiqli cəzalarını alacaqlar. Əminəm ki, cinayətkarlar layiqli cəzalarını aldıqdan sonra bütün şəhidlərimizin ruhu rahatlıq tapacaq".
Deputat vurğulayıb ki, Araik Arutyunyan və digər separatçıların liderləri törətdikləri hər bir cinayətə görə qanunla cavab verməlidir:
"Onlar tökdükləri hər damla qanın bədəlini qanunla ödəməlidir. Azərbaycan xalqı kifayət qədər səbir etdi. Araik Arutyunyan və digər qatillər törətdikləri cinayətlərə görə qanunla layiq olduqları cəzanı alacaqlar. Bu gün bu möhtəşəm zəfəri bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın Müzəffər Ordusuna, şəhidlərimizə və qazilərimizə təşəkkür edirəm!"