
1c sinif valideynlərinin 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə bağlı təbriki
5 oktyabr - Beynəlxalq Müəllimlər günüdür. Qeyd edək ki, Müəllimlər günü UNESCO-nun qərarı ilə 1966-cı ildən başlayaraq qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər günü ömrünü savadlı gələcəyin formalaşmasına həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.
Beynəlxalq Müəllimlər Günü münasibətilə başda 265 №-li tam orta məktəbin direktoru Yeganə Qurbanova və 1c sinif rəhbəri Aygün İsmayılova olmaqla məktəbin bütün müəllimlərini təbrik edir, çətin və şərəfli işinizdə sizə uğurlar arzulayırıq.
Xalqımızın mədəni və mənəvi səviyyəsinin yüksəldilməsində, savadlı və vətənpərvər gənc nəslin formalaşdırılmasında müəllimlər mühüm rol oynayır. Müəllimlərin yeni cəmiyyət qurulmasında, hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərin əvəzsiz xidmətləri var. Məhz buna görə də müəllimlik çətin və ləyaqətli peşə olmaqla yanaşı həm də bir o qədər də məsuliyyətli sənətdir.
Bütün müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, onlara çətin və məsuliyyətli peşələrində qüvvət, səbr və uğurlar arzu edirik.