"Avropa Parlamentinin qərəzli qətnaməsi qorxaqlıq və gücsüzlük göstəricisidir" - Səməd Seyidov



"Avropa Parlamentinin qərəzli qətnaməsi qorxaqlıq, gücsüzlük, islamafob qətnamədir".

Sonxeberə.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin payız sessiyasının oktyabrın 6-da keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə müdaxilə etmək imkanları əlindən alınıb: "Bu qətnamə həmin qüvvələrin gücsüzlüyünü, qorxalqığını göstərən qətnamədir. Heç bir qətnamə Azərbaycana təsir edə bilməz. Bu qətnamə də əvvəlki qətnamələr kimi tarixin zibilliyinə atılacaq".

Top