
Qadın cinayəti etiraf etdi: "Sevgilimi yandırdım..."
Türkiyənin İzmir şəhərində barda çıxan yanğında 2 nəfər ölüb.
BiG.AZ xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı polisə gedən, Esra Başkaya adlı şəxs iş yerinin sahibi Mustafa Bendeşlə sevgili olduğunu və onu yandırdığını etiraf edib.
Ötən gün polis bölməsinə gedən Esra Başkaya hadisə ilə bağlı ifadə verib. Qadın sevgilisi olduğunu və hər zaman dalaşdıqlarını, hadisə günü mübahisə etdiklərini bildirib.
Qadın çantasından çıxardığı alışqanla bez yandıraraq yanğın törətdiyi etiraf edib.Bir müddət gözlədiyi və yanğının mağazanı bürüdüyünü görüb hadisə yerindən qaçdığı bildirən qadın, bir müddət sonra peşman olduğu bildirib.
Qeyd edək ki, Sentyabrın 20-də saat 07:00 radələrində İzmirdə yerləşən barda yanğın baş verib. Qısa müddətdə böyüyən alov bütün iş yerini əhatə edib. Ətrafdakıların xəbəri üzərinə polis, xilasetmə və sağlamlıq qrupları ünvana göndərilib. Qrupların müdaxiləsi ilə yanğın nəzarətə götürülərək söndürülüb. Yoxlama zamanı tüstüdən təsirlənən müəllim Mehmet Naci Sözcünerin (67) öldüyü müəyyən edilib. Bədənində 3-cü dərəcəli yanıq xəsarəti alan iş sahibi Mustafa Bendeş xəstəxanasına aparılıb. Amma həyatını xilas etmək mümkün olmayıb.