
"Prezident İlham Əliyev ərazi bütövlüyümüzü tam bərpa etməklə adını tarixə həkk edib" - İsa Həbibbəyli
Azərbaycanın dövlət müstəqilliyinin möhkəm əsasları Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Qürur hissi ilə bu gün deyə bilərik ki, dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün tam təmin olunması Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir.
Empatv.az xəbər ki, bunu bu gün Milli Məclisin İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş iclasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəyli deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev ərazi bütövlüyümüzü tam bərpa etməklə adını tarixə həkk edib: "İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 ilin hər ili möhtəşəmdir".
Deputat Elşad Mirbəşir qeyd edib ki, Prezident İlham Əliyev sözün əsl mənasında inqilab edə bildi: "Bu gün Cənubi Qafqaz Prezident İlham Əliyevin strateji baxışları nəticəsində artıq həm də Avropaya açılan bir qapıdır. Cənubi Qafqazda həyata keçirilən nəqliyyat-logistika layihələri sayəsində Avropanın istehlak bazarında çox ciddi dəyişikliklər baş verib. Bu gün Cənubi Qafqaz təkcə Orta Asiyaya deyil, həm də Avropaya açılan qapıdır".
Deputat XXI əsr boyunca ilk dəfə olaraq separatizm ocaqlarının sayının azaldığını nəzərə çatdırıb: "Bu da Azərbaycan Prezidentinin həyata keçirdiyi inqilabi dəyişiklikdir. Artıq aktiv separatizm ocaqlarının sayı 51-dir. XX əsr boyunca separatizm ocağı söndürülməsinə dair bir fakt mövcud deyil. Amma Azərbaycan prezidenti separatizm ocağını söndürməyə nail oldu və qlobal təhlükəsizliyə mühüm töhfə verdi. Azərbaycan Prezidenti ölkəmizin, ümumilikdə regionun əhəmiyyətini artırıb. 2020-ci ilə qədər Azərbaycan Prezidenti dünyanın güc mərkəzlərində torpaqlarımızı siyasi yolla işğaldan azad etdi, 2020-ci ildə isə hərbi yolla torpaqlarımızı azad etməyə nail oldu".