
"Bugünkü reallıqları Prezident İlham Əliyev öz zəkası və cəsarəti ilə yaradıb" - DEPUTAT
Bilmirəm, bu mistikadır, yoxsa nədir, biz bu gün burada qələbəmizdən danışırıq, 100 metr yaxınlıqda Şəhidlər xiyabanında bizim müqəddəslərimiz rahat uyuyur, 150 metr o yanda həmin şəhidlərin qatilləri Dövlət Təhlükəsizliyi Xidmətinin binasında ifadə verirlər.
Empatv.az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisin İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş iclasında deputat Elşən Musayev deyib.
Deputat bildirib ki, bəlkə də həmin şəhidlərin məzarlarına pəncərədən baxa-baxa ifadə verirlər: "Hərdən insana qəribə gəlir ki, bu, reallıq deyil, yuxudur. Bu reallıqdır və onu Prezident İlham Əliyev öz zəkası, cəsarəti ilə yaradıb. Mənim Prezidentlə bağlı bir məqaləm olmuşdu, bütün müxalifət liderləri həmin məqaləni paylaşıb məni söyürdülər. 2020-ci ildə qələbədən sonra mən həmin statusları axtardım, gördüm siliblər. 2020-ci ildə qələbədən sonra "müxalif"lər Xankəndi nə oldu? Bu, kapitulyasiya aktı deyil" deyirdilər. 2023-cü ilin sentyabrında antiterror əməliyyatlarından sonra isə mənə maraqlı idi ki, onlar nə yazacaq. Onların adını burda çəkmək istəməzdim, amma deyəcəyəm. Tofiq Yaqublu deyirdi ki, yəqin YAP Xankəndidə qərargah axtarır, Əli Kərimli isə Ermənistanın bizdən yaxşı durumda olduğunu iddia edirdi. Onlar təbrik etmək iradəsinə sahib deyillər".