"Tədrisin rus dilində olması bizim ana dilində danışığımıza təsir etməməlidir" - EKSPERT



Bəzi rus bölməsində təhsil alan şagirdlər arasında Azərbaycan dili bilikləri yetərli deyil. Məsələ ilə bağlı, elm və təhsil naziri Emin Əmrullayev bir çox elmi konfranslar və brifinqlərdə çıxışı zamanı xüsusi vurğulayıb. Azərbaycan təhsil müəssisəni bitirən hər bir şagird ana dilində səlist danışmağı onun borcudur. Hazırda dövlətimiz şagirdlərin dövlət dilini lazımi səviyyədə öyrənməsinə şərait yaratmaq məqsədilə monitorinqlər aparılır, nəticələri təhlil olunur.

Bununla bağlı BiG.AZ-a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyibki, Azərbaycanda 4532 ümumi təhsil məktəbi var. Onların 330-də tədris dili Azərbaycan və rus dilindədir. Cəmi 17 məktəbdə isə tədris dili yalnız rus dilində aparılır. Burada hamısı birlikdə 159 minə qədər şagird oxuyur:

"Yəni bizim ümumi şagird kontingentimizi nəzərə alsaq, bu rəqəm o qədərdə böyük görünmür. Lakin, biz müstəqil Azərbaycan Respublikasının vətəndaşı olduğumuza görə sektor fərq etmir. Borcluyuq ki, öz dilimizlə yüksək səviyyədə danışaq və bunu istifadə edək. Bizim tədris dilimiz rus dili olsun. Nə olar? Elmi fənləri rus dilində öyrənək. Amma bu bizim ana dilində danışığımıza təsir etməməlidir".

Ekspert bildirib ki, övlətimiz bununla bağlı çox gözəl addımlar atıb. Onlardan biri nədir?: "Artıq ikinci ildir ki, orta məktəblərdə Azərbaycan dili fənni orijinaldan keçirilməlidir. Yəni bu Azərbaycan tarixinədə şamil olunur. Həm dilimiz və tariximiz öz orjinal dilində rus sektorunda olan şagirdlərə tədris olunacaq. Bu addım şagirdlər, müəllimlər, valideynləri tərəfindən narazılıqla qarşılandı. Yəni ki, uşaq 5-6 il rus dilində tədris alıb. Bu uşaq Azərbaycan dili fənnini necə öyrənəcək? Bu uşağın borcudu bu dili öyrənmək. Uşaq bu millətin, dövlətin vətəndaşıdır. Bu dövlətin bir rəsmi dili var. Oda bizim Azərbaycan dilimizdir. Azərbaycan dövləti şərait yaradıb ki, sən övladını rus bölməsinə qoya bilərsən. Bu o demək deyil ki, bizim danışıq diliniz rus dilinə dönməlidir. Bu çox gözəl bir addımdır".

Elmin Nurinin sözlərinə görə, əfsuslar olsun ki, bu addım bütün məktəblərdə həyata keçirilməyib. Cəmi ilk il 20 məktəbdə, ikinci il 100 məktəbdə bu pilot olaraq həyata keçirilib:

"Amma dediyim kimi, 334 Azərbaycan və rus bölməsi üzrə məktəb var. 17 dənə rus dilli məktəb var. Onların hamısına bu addım tətbiq edilməlidir. Bizim tariximiz, dilimiz Azərbaycan dilində tətbiq olunmalıdır. Mən buna təklif olaraq Azərbaycan ədəbiyyatına da daxil edərdim. Azərbaycan ədəbiyyatı fənni ana dilində həyata keçirilməlidir. Rus sektorunda oxuyan uşaq Nəsimidən, Nizamidən, Səməd Vurğundan məhz Azərbaycan dilindəki yerlər deməlidir. Uşaqlar Azərbaycan nağıllarını, romanlarını ana dilində eşitməldir ki, biz bunu vətəndaş olaraq qazana bilək".

Top