Şimali Kipr prezidenti:

Şimali Kipr prezidenti: "Bakıda olduğum üçün çox xoşbəxtəm"


"Bakıda olduğum üçün çox xoşbəxtəm". 

Empatv.az xəbər verir ki, bunu Şimali Kiprin Prezidenti Ersin Tatar Bakıda Şimali Kipr Türk Respublikasının Mədəniyyət və Təqdimat Günləri çərçivəsində təşkil olunan sərgidə çıxışı zamanı deyib.

"Sizin mənəviyyətinizi, həyəcanızı, gözlərinizdəki sevinci görə bilirik. Çünki biz də onu yaşayırıq. Bizə göstərilən sevgi, hörməti, qayğını hiss edirik. Ona görə də Azərbaycan xalqına təşəkkür edirik".

Qeyd edək ki, Şimali Kipr Türk Respublikasını yalnız Türkiyə tanıyır.
AYSEL ƏKBƏR

Top