
"Böyük lider, müdrik strateq, qalib sərkərdə" - Əhliman Əmiraslanov
"Tarix şəxsiyyətlər yetişdirir. Şəxsiyyətlər də tarix yaradır. Dühalar isə doğulur. Onların missiyaları xilaskarlıq olur - tarixin, dövlətin və millətin xilaskarı missiyası. Ümummilli Liderimiz müstəqil və sabit inkişaf edən müasir Azərbaycan dövlətini yaratmaqla yanaşı xalqımız və dövlətimiz qarşısında daha bir əvəzsiz xidmət göstərib - milli dövlətçilik məktəbi formalaşdıraraq xalqımızın gələcək inkişafını təmin edəcək layiqli siyasi varis yetişdirib. Bu Heydər Əliyev dühasının zirvəsi idi. "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Umummilli Lider Heydər Əliyevin 2003-cü ilin prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına müraciətində yer alan bu müdrik fikirlər xalqımızın taleyüklü seçimini müəyyən etməklə yanaşı, ölkəmizin iyirmi ildir davam etməkdə olan möhtəşəm inkişafının ideya əsaslarından biri olmuşdur".