Azərbaycanda ilk dəfə kibermüharibə yarışı keçiriləcək

Azərbaycanda ilk dəfə kibermüharibə yarışı keçiriləcək


"Tədbirdə 1700-dən çox ziyarətçinin iştirakı təsdiqlənib".

Empatv.az oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat katibi Saida Əhmədova 26-27 oktyabrda keçiriləcək "Critical Infrastructure Defence Challenge 2023" tədbiri ilə bağlı brifinqdə deyib.

O bildirib ki, iştirak sayı limitli olacaq:

"Tədbirdə 14 yerli, 27 xarici şirkət olmaqla ümumilikdə 41 şirkət öz həll yollarını təqdim edəcək. Bu platformada beş dövlət qurumu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə səkkiz startap layihəsi də öz məhsullarını həllərini təqdim edəcək".

Tədbir çərçivəsində altı istiqamətdə xüsusi təlimlər, eləcə də yarışlar keçiriləcək. Təşkilatçılar, ziyarətçilər və mətbuat işçiləri üçün xüsusi qidalanma zonaları nəzərdə tutulub.

Qeyd edək ki, 26-27 oktyabr tarixində keçiriləcək tədbir Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə "Kibermüharibə" yarışı olacaq.

Top