
Suraxanıda antiterror tədbirlərində şəhid olanların 40 mərasimi keçirilib - Fotolar
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçularının 40 mərasimləri Suraxanı rayonunda qeyd olunub.
Empatv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, oktyabrın 25-də Ağayev Rüfət Xanəhməd oğlunun, oktyabrın 28-də Qafarov Savalan İsfəndiyar oğlunun, oktyabrın 30-da isə Nəcəfi Elxan Şükür oğlunun 40 mərasimləri keçirilib.