Siqareti bacısının bədənində söndürdü: Bakıda işgəncələrlə dolu QƏTL

Siqareti bacısının bədənində söndürdü: Bakıda işgəncələrlə dolu QƏTL


2023-cü il avqustun 2-də Bakının Binəqədi qəsəbəsində qətl hadisəsi baş verib. Şəhər sakini 1967-ci il təvəllüdlü Azər Əfəndiyev Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gələrək, bacısı Məlahət Əfəndiyevanı öldürməsi haqda məlumat verib.

Dərhal məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə yollanıblar. Hadisə baş verən evin giriş qapısının qarşısında, paltarsız vəziyyətdə 1965-ci il təvəllüdlü Məlahət Əfəndiyevanın meyiti aşkar edilib. Meyitin gözlərinin ətrafında və bədənində çoxsaylı xəsarətlərin, boynunda çapığın, tüklərin bəzi hissələrinin qopması, başının yanında dəsmalın, otaqda qan ləkələrinin olması müəyyən olunub.


Top