
Dustaqlar saxlanan bu yerdən Qız qalasına gizli yol var imiş - VİDEO
Orta əsrlərdə- daha dəqiq desək 1235-ci il Şirvanşahlar dövründə, Xəzər dənizindəki karvansaray üzərində Səbail qalası, digər adı ilə Bayıl qəsri inşa olunur. Lakin bu qalanın ömrü çox da uzun çəkmir. 1206-cı ildə baş verən zəlzələ nəticəsində Səbail qalası sulara qərq olur. Bir müddət sonra Xəzər dənizinin suyunun səviyyəsinin aşağı enməsi ilə ada yenidən üzə çıxır.