
Dövlət qulluqçuların təkrar imtahan verməsi LƏĞV OLUNUR - VACİB AÇIQLAMA
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər ilk olaraq müvafiq bilik və bacarıqları yoxlanılmaqla imtahanlara cəlb olunurlar. "Təlim və inkişaf sistemində müasir çağırışlar" mövzusunda forum zamanı DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğu imtahanlarında dəyişikliklə bağlı verdiyi açıqlama ilə diqqət çəkib. Onun sözlərinə görə, dövlət qulluğunda səriştə modelinə keçid bir il ərzində təmin olunacaq.