
Məktəbin giriş qapısında şagirdi it dişlədi - Açıqlama
Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin həyətində itlərin şagirdə hücum edərək ona xəsarət yetirdiyi bildirilir.
Bu barədə "Qafqazinfo"ya həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat veriblər. Onların sözlərinə görə, məktəbin 8-ci sinfində təhsil alan qız 6 itin hücumuna məruz qalıb və bədənin müxtəlif hissələrindən xəsarət alıb.