
Ucarda məktəbli qıza mesajlar yazıb evlərini yandırmaqla HƏDƏLƏDİLƏR
Ucar rayonunda yetkinlik yaşına çatmayan qızı nikaha daxil olmağa məcbur edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
"Qafqazinfo" xəbər verir ki, rayonun kəndlərindən birində yaşayan 1993-cü il təvəllüdlü Samir Kərimov (şərti) barəsində Cinayət Məcəlləsinin 176-1. (Nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etmə) maddəsi ilə açılmış işə baxılıb.
Ucar Rayon Məhkəməsində keçirilən prosesdə məlum olub ki, Samir uzaq qohumu olan 2006-cı il təvəllüdlü qızı 2021-ci ildən etibarən hədələyib.