
Uşaqların böyüyəndə utanmaması üçün necə ADLAR QOYMALIYIQ? - VİDEO
Dünyada son bir əsr ərzində oğlan uşaqlarına ən çox verilən adlar siyahısında birinci yerdə Məhəmməddir. Azərbaycanda da belə olub və davam edir. Lakin son vaxtlar ölkəmizdə yeni doğulan körpələrə nəinki türk və ərəb, həm də slavyan, ispan və yunan mənşəli adlarda qoyulması nəzərdən qaçmır. Bu ilin ilk rübündə onlarla valideyn öz övladına Melisa, Sofiya, Aysel və bu kimi qərb adları verirlər. Bu hal yeni tendensiya olduğundan cəmiyyətdə hələ ki, birmənalı qarşılanmır.