
İtkin düşən hərbçimiz Ermənistana keçib?
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.